15 
Dek
2017
22:14
37
172
1266
Virtual karabakh

Azərbaycanın qeyri-neft sektorunda 4%-lik inkişaf gözlənilir

15 Dek, 2017
22:14
1266

Azərbaycanın qeyri-neft sektorunda 4%-lik inkişaf gözlənilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gələn il Azərbaycanın qeyri-neft sektorunda 4%-lik inkişaf olacaq. 

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) missiyasının Azərbaycana səfərinin yekunlarına dair yayılmış press-relizində deyilir.

IMF missiyasının rəhbəri Məhəmməd əl-Qorçi deyib ki, 2017-ci ildə Azərbaycan iqtisadiyyatında stabilləşmə başlayıb: 

“Ölkədə həyata keçirilən makroiqtisadi siyasət nəticəsində iqtisadiyyatda stabilləşmə yaranıb. Qeyri-neft, o cümlədən kənd təsərrüfatı sahəsi daha da genişlənib. Görülən tədbirlərə baxmayaraq, hələ də inflyasiya yüksək həddədir. 2017-ci il üçün 0,3%-lik ÜDM, 13%-lik inflyasiya gözləyirik”.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri