16 
Dek
2017
19:17
231
42
5164
Virtual karabakh

Rusiya Mərkəzi Bankının sədri ABŞ-ı hədələdi

16 Dek, 2017
19:17
5164

Rusiya Mərkəzi Bankının sədri ABŞ-ı hədələdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Bankı (Mərkəzi Bank) ABŞ sanksiyaları da daxil olmaqla xarici şoklara qarşı müdaxiləyə hazırlaşır.

Oxu.Az Report-a  istinadən xəbər verir ki, bunu Rusiya Bankının rəhbəri Elvira Nabiullina bəyan edib.

E.Nabiullina bildirib ki, "xarici bazarlarda volatillik yarana bilər. Lakin bu, qısamüddətli olacaq. Mərkəzi Bankın əlində hər cür müdaxilə alətləri mövcuddur".

Qeyd edək ki, avqust ayında ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi barədə qanun imzalayıb. Sanskiyaların Rusiyanın borcuna tətbiq edilməsi nəzərdə tutulur. Fevralda ABŞ Konqresi bu addımı müzakirə etmək üçün toplanacaq. E.Nabiullina qeyd edib ki, "əgər belə bir qərar verilərsə, Rusiya Bankı suveren borcunu geri ala bilər. Bu, məqsədəuyğun sayılmasa da, mümkün variantdır".

Xatırladaq ki, hazırda Rusiya daxili dövlət borcunun 33%-i və ya 37 mlrd. dollarlıq hissəsi xarici investorların balansındadır.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri