21 
Fev
2018
17:51
12
13
1174
Virtual karabakh

Vitse-spiker: Azad iqtisadi zonanın yaradılması hökumətlə parlamentin birgə qərarıdır

21 Fev, 2018
17:51
1174

Vitse-spiker: Azad iqtisadi zonanın yaradılması hökumətlə parlamentin birgə qərarıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 21-də Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ölkəmizdə səfərdə olan Avstriyanın federal nəqliyyat, innovasiya və texnologiya nazirinin müavini Andreas Rayxhardtın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Oxu.Az xəbər verir ki, görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafında parlamentlərin rolunun vacibliyi vurğulanıb.

Avstriya ilə əməkdaşlığın Azərbaycan üçün önəmli olduğunu deyən H.Rəcəbli ölkəmizdə həyata keçirilən islahatlar haqqında qonaqlara məlumat verib.

Komitə sədri deyib ki, Azərbaycanda müasir infrastruktur mövcuddur, yeni yollar çəkilir, hotel şəbəkələri genişlənir, müalicəvi turizm inkişaf edir, ölkəmizdə təhlükəsizlik və sabitlik mövcuddur.

A. Rayxhardt isə ölkələrimiz arasında əlaqələrin inkişafında parlament diplomatiyasının vacibliyini vurğulayıb:

“Trizmin inkişafı üçün yaxşı infrastruktur olmalıdır. Buraya hava, dəmir yolu xətləri, aeroportlar, yollar və s. daxildir. Azərbaycan İpək Yolu layihəsini dəstəkləyir və biz buna önəm veririk. Bu layihə çox əhəmiyyətli infrastruktur layihəsidir”.

Avstriya nümayəndə heyətini MM sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov qəbul edib.

V. Ələsgərov ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın mövcud olduğunu, parlamentlərarası əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini bildirib.

Azərbaycanda azad iqtisadi zonanın yaradılması prosesindən danışan V. Ələsgərov bildirib ki, bu, Azərbaycanın həm hökumət tərəfindən, həm də MM tərəfindən qəbul edilən mühüm qərardır:

“Bu layihəni həyata keçirmək, onun qanunvericilik dəstəyini təmin etmək üçün artıq birinci oxunuşda müvafiq qanun qəbul edilib. Bu qanun azad iqtisadi zonanın hüquqi rejimini tənzimləyir”.

A.Rayxhardt da öz növbəsində ölkəmizə səfərindən məmnunluğunu ifadə edərək ikitərəfli əlaqələrin daha da inkişafı üçün perspektivlərin olduğunu bildirib.

O qeyd edib ki, 14 gündən sonra Vyanada hər iki ölkə arasında qarışıq iqtisadi komissiyanın növbəti iclası keçiriləcək.

“Məqsədimiz budur ki, səfər çərçivəsində hər iki ölkə arasında qarşılıqlı maraq doğuran sahələrdə, xüsusən iqtisadiyyat, mədəniyyət sahələrində birgə araşdırma aparaq, layihələri müzakirə edək”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri