Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO/VİDEO
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olunub.
“Report” xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə (140) nəfər köçürülüb. Bununla da Füzuli şəhərinə 783 ailənin, yəni 2 979 nəfərin daimi məskunlaşması təmin edilib.
13:13
Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.
“Report” xəbər verir ki, şəhərə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.
Qeyd edək ki, bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə (140 nəfər) köçürülüb.
06:32
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.
Oxu.Az-ın məlumatına görə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 26-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 140 nəfər köçürülür.
Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Füzuli şəhərində 783 ailənin, yəni 2 979 nəfərin daimi məskunlaşması təmin edilib.
Daha çox foto burada: PhotoStock.az
Aytac Qasımova
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident: "Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq"
- Prezident: "ICAPP özünü nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləyib"
- İlham Əliyev: "Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb"
- İlham Əliyevdən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının iştirakçılarına MÜRACİƏT
- Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın MM tərəfindən təqdim olunan üzvləri müəyyənləşib