Azərbaycan və Ermənistan itkin düşmüş şəxslərin tapılması istiqamətində birgə fəaliyyət mexanizmlərinin formalaşdırılması ətrafında müzakirələr aparır.
Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə "İtkin düşənlərin taleyi: humanitar dialoq və əməkdaşlıq" adlı beynəlxalq konfransda çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib. Hökumət başçısının sözlərinə görə, bu məsələ ən həssas və ağrılı problemlərdən biri kimi qalmaqdadır. Baş nazir mövcud problemin ən effektiv həlli yolunu Azərbaycan və Ermənistan arasında əməkdaşlıqda görüb.
O qeyd edib ki, Dublində keçirilən müzakirələr çərçivəsində tərəflər bu fəaliyyətə daha institusional xarakter qazandırmaq imkanlarını dəyərləndiriblər.