23 
May
2018
09:34
39
175
6585
Virtual karabakh

Türkiyədə dollar “əl yandırır”

23 May, 2018
09:34
6585

Türkiyədə dollar “əl yandırır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türk lirəsi dollara nisbətdə ucuzlaşmaqda davam edir.

Oxu.Az xəbər verir ki, dollar/lirə məzənnəsi 4.80 lirə səviyyəsini də görərək rekordu yeniləyib.

Lirə dollar qarşısında daha 2%-dən çox dəyərdən düşüb.

Avro/lirə məzənnəsi  isə 5.70 səviyyəsini aşıb və beləliklə, tarixinin ən yüksək səviyyəsinə qalxıb. 

Lirənin ucuzlaşmasına səbəb reytinq agentliyi “Fitch Rating”in Türkiyədə pul siyasəti müstəqilliyinin azalmasının ölkənin reytinqinə təzyiq yaradacağı yönündə açıqlaması olub. 

Qeyd edək ki, ilin əvvəlindən indiyədək türk lirəsi dollara nisbətdə 20.27 faiz ucuzlaşıb. 

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri