İqtisadiyyat naziri Mikayıl Cabbarov Alparslan Bayraktarla görüşüb.
O bu barədə özünün “X” hesabında paylaşım edib.
Bildirilib ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla ölkələrimiz arasında səmərəli enerji tərəfdaşlığı, birgə reallaşdırılan layihələr və yeni əməkdaşlıq imkanlarını müzakirə edilib.
“Türkiyəyə səfərimiz çərçivəsində həmkarlarla birlikdə bu ölkənin Həyata keçirəcəyimiz yeni əməkdaşlıq istiqamətlərinin Azərbaycan və Türkiyənin strateji maraqlarına xidmət edəcəyinə və ölkələrimizə qarşılıqlı fayda gətirəcəyinə əminliyimiz tamdır. Birgə planlarımız və hədəflərimiz dostluq və əməkdaşlığımıza töhfələrini verəcək”, - deyə nazir qeyd edib.
Türkiyəyə səfərimiz çərçivəsində həmkarlarla birlikdə bu ölkənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla (@aBayraktar1) ölkələrimiz arasında səmərəli #enerji tərəfdaşlığı, birgə reallaşdırılan layihələr və yeni əməkdaşlıq imkanlarını müzakirə etdik. Həyata… pic.twitter.com/8iwAWyxh08
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 14, 2024