İspaniyanın Dəmiryol Qəzalarını Araşdırma Komissiyası Toledo əyalətində baş verən qəzada həlak olanların sayını dəqiqləşdirib.
Oxu.Az "La Vanguardia" qəzetinə istinadən xəbər verir ki, hadisə nəticəsində 69 nəfər həyatını itirib.
Daha əvvəl KİV-də qəzada 74 nəfərin həlak olduğu bildirilirdi.
İspaniyanın Toledo əyalətində baş verən dəmiryolu qəzasında həlak olanların sayı azı 74 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə "El Diario" qəzeti məlumat yayıb.
Daha əvvəl qəza nəticəsində 69 nəfərin həyatını itirdiyi bildirilmişdi.
Qeyd edək ki, toqquşan qatarlarda ümumilikdə 540-dan çox sərnişin olub.
İspaniyanın Toledo əyalətində iki qatarın toqquşması nəticəsində itkin düşən 60-dan çox insanın taleyi hələ də naməlum olaraq qalır.
Oxu.Az xəbər verir ki, bu barədə Mülki Qvardiyanın məlumatlarına istinadən "Pais" nəşri məlumat yayıb.
Qəzetin yazdığına görə, qurum Urda yaşayış məntəqəsi yaxınlığında baş vermiş qəza ilə əlaqədar itkin düşənlər barədə 64 müraciət qeydə alıb.
Şikayətlər toqquşan qatarlarda olan və hazırda əlaqə saxlamaq mümkün olmayan sərnişinlərin qohumlarından daxil olub. Mülki Qvardiya bu müraciətlərin dərindən araşdırılması məqsədilə xüsusi xidmət bölməsi yaradıb.
Xatırladaq ki, oktyabrın 28-də İspaniyanın Toledo əyalətində iki sərnişin qatarı toqquşub. Qəza nəticəsində ən azı 68 nəfər həlak olub, xeyli insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisənin ilkin səbəbi kimi hərəkəti idarəetmə sistemindəki nasazlıqdan sonra baş verən insan amili göstərilir.