Cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib.
Oxu.Az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Qeyd olunur ki, bu, həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib.
Belə ki, 2026-cı ilin 9 ayında mübadilə məntəqələri tərəfindən nağd xarici valyutanın müştərilərdən alışı satışını 759 milyon ABŞ dolları üstələyib.
Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3.3 faiz bəndi azalaraq 2026-cı ilin sentyabrında 25.7%-ə enib.
Valyuta bazarında tələbin kəskin azaldığı, təklifin isə artdığı şəraitdə Mərkəzi Bank tərəfindən valyuta alışları həyata keçirilib.
9 ayda Mərkəzi Bankın valyuta ehtiyatları 33.4% artaraq 15.4 milyard ABŞ dollarına yüksəlib.