Xarici sektor üzrə ticarət göstəriciləri əlverişli olaraq qalır.
Oxu.Az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd olunur ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarətində 10.5 milyard ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb.
İlkin məlumatlara görə, yanvar-sentyabr aylarında pul baratları üzrə saldo (yəni daxilolmalarla xaricolmaların fərqi) 830.5 milyon ABŞ dolları təşkil etməklə ötən ilin müvafiq dövrünə nəzərən 70% artıb.
Əsas ixrac məhsulları üzrə qiymətlərin yüksək olması, eləcə də qeyri-neft-qaz əmtəə və xidmətlər ixracı üzrə müsbət meyillərin davam etdiyi şəraitdə Mərkəzi Bank 2026 və 2027-ci ilə cari əməliyyatlar hesabının profisiti üzrə proqnozunu artım istiqamətində dəyişib.
Yenilənmiş proqnozlara görə, cari əməliyyatlar hesabında 2026-cı ildə 8.5 mlrd. ABŞ dolları (ÜDM-in 10%-indən yuxarı ), 2027-ci ildə isə 5.4 mlrd. ABŞ dolları (ÜDM-in 6%-dən yuxarı) məbləğində profisit gözlənilir.