Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinin sakinləri sərnişin avtobuslarının texniki və sanitar vəziyyətindən, eləcə də axşam saatlarında nəqliyyat çatışmazlığından narazılıqlarını bildiriblər.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü paylaşılıb.
Qeyd edilib ki, qəsəbə ərazisində fəaliyyət göstərən 114, 114A və 114B nömrəli marşrut avtobuslarının vəziyyəti qənaətbəxş deyil.
Xüsusilə Müşfiqabaddan Sumqayıt şəhərinə sərnişin daşıyan 114 nömrəli avtobusun salonunda oturacaqların üzlükləri cırılıb, döşəmənin örtüyü zədələnib, içərisi təmizlənmir.
Digər problem axşam saatlarında avtobusların əlçatanlığı ilə bağlıdır.
Vətəndaşlar bildirirlər ki, saat 18:00-dan sonra qəsəbədə avtobus tapmaq, demək olar ki, mümkün deyil. Bu isə işdən və digər gündəlik fəaliyyətlərdən qayıdan sərnişinlər üçün əlavə çətinliklər yaradır.