26 
May
2018
11:55
69
190
2367
Virtual karabakh

Neft ucuzlaşdı

26 May, 2018
11:55
2367

Neft ucuzlaşdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 26-da keçirilən hərraclarda Azərbaycan nefti ucuzlaşıb.

Oxu.Az-ın məlumatına görə, “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 2,57 dollar və ya 3,20% azalaraq 77,55 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində isə WTI neftinin qiyməti 1 barelə görə 3,21 dollar və ya 4,54% azalaraq 67,50 dollar olub.

Brent markalı neftin qiyməti də ucuzlaşıb.
 
ICE London qitələrarası birjasında keçirilən hərraclarda Şimal dənizi neft qatışığının 1 barelinin dəyəri 2,35 dollar  ya 2,98% azalaraq 76,44 dollar təşkil edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri