26 
May
2018
13:09
147
363
5651
Virtual karabakh

Fermerlərə şad xəbər: Rusiya türk pomidorlarından razı qalmadı

26 May, 2018
13:09
5651

Fermerlərə şad xəbər: Rusiya türk pomidorlarından razı qalmadı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədən  Rusiyaya ixrac edilən pomidorlarda fitosanitar normaların pozulduğu aşkarlanıb.

Oxu.Az xəbər verir ki,  bu barədə Rusiyanın Baytarlıq Nəzarəti Federal Xidmət məlumat yayıb.

Qeyd olunur ki, Rusiya tərəfindən Türkiyə pomidorlarının idxalına qoyulan qadağa aradan qaldırıldıqdan sonra 43 müəssisə tərəfindən tədarük həyata keçirilib. 11 şirkətin məhsulunda Rusiya qanunvericiliyi tələb və normalarının pozuntuları aşkar edilib.

Xatırladaq ki, mayın 1-dən etibarən Türkiyədə yetişdirilən pomidorların Rusiyaya idxalı ilə bağlı məhdudiyyət aradan qaldırılıb. Rusiya tərəfinin yeganə şərti məhsulların fitosanitar tələblərə cavab verməsi, başlıca olaraq göndərilən mallarda “pomidor güvəsinin” olmaması idi.

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri