30 
May
2018
13:56
86
25
2879
Virtual karabakh

Cənub Qaz Dəhlizinə xərclənən vəsait bəlli oldu

30 May, 2018
13:56
2879

Cənub Qaz Dəhlizinə xərclənən vəsait bəlli oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ümumi dəyəri 22,7 milyard dollar təşkil edən “Şahdəniz 2” layihəsi üzrə aprelin sonuna 17,7 milyard dollar xərclənib. 

Oxu.Az xəbər verir ki, bunu Cənub Qaz Dəhlizi QSC-nin baş direktoru Əfqan İsayev bildirib.

Onun sözlərinə görə, hesabat dövründə tərəfdaşlarla birgə Cənub Qaz Dəhlizi layihəsinə 30 milyard ABŞ dollarından çox vəsait sərf olunub.

Cənubi Qafqaz Boru Kəməri üzrə xərclərin 4,2 milyard dollar olduğunu deyən Ə.İsayev qeyd edib ki, layihənin ümumi dəyəri 4,5 milyard dollardır. 

O bildirib ki, Azərbaycan qazının Türkiyəyə və Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi üzrə xərclərin həcmi aprelin sonuna 5,4 milyard dollar, Trans-Adriatik Boru Kəməri (TAP) üzrə isə 2,9 milyard avro olub. 

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri