20 
İyn
2018
12:03
184
48
1890
Virtual karabakh

Azərbaycanlılar Türkiyədən ingilislərdən çox ev alıb

20 İyn, 2018
12:03
1890

Azərbaycanlılar Türkiyədən ingilislərdən çox ev alıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə may ayında xarici vətəndaşlara 2 415 ev satılıb. 

Oxu.Az ölkənin statistika təşkilatına istinadən xəbər verir ki, xaricilərə ev satışı əvvəlki ilin müvafiq dövrünə nisbətdə 36,1 faiz artıb. 

Xaricilər daha çox İstanbuldan ev alıblar. İkinci sırada Antaliya, üçüncü sırada isə Bursa yer alıb. 

Mayda Türkiyədən ev alanların siyahısına İraq vətəndaşları liderlik edib. Onlar 407 mənzil alışı reallaşdırıblar. İran vətəndaşları 207, Səudiyyə Ərəbistanı vətəndaşları 206, Rusiya vətəndaşları isə 165 mənzil satın alıb. 

Azərbaycanlılar isə Türkiyədən 75 mənzil alıblar. 2017-ci ilin may ayında bu göstərici 63 mənzil olub. 

Ümumilikdə bu ilin beş ayında həmyerlilərimiz qonşu dövlətdən 332 mənzil alışı ediblər. Bununla da Türkiyədən ev alan ingilis vətəndaşlarını geridə qoyublar. 

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri