18 
İyl
2018
17:56
52
155
5652
Virtual karabakh

“Böyük oyunçular” neft bazarını “vurur” - RƏY

18 İyl, 2018
17:56
5652

“Böyük oyunçular” neft bazarını “vurur” - RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya birjalarında neftin ucuzlaşması davam edir. Bu gün səhər saatlarına Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,39 dollar və ya 0,57% ucuzlaşaraq, 67,69 dollar təşkil edib.

ICE London qitələrarası birjasında “Brent” markalı neftin qiyməti 0,32 dollar və ya 0,44% azalaraq, 71,84 dollar olub. 

Qeyd edək ki, neftin qiyməti ABŞ-ın İrana yenidən sanksiya tətbiq edəcəyini açıqlaması, Liviyada neft istehsalının kəskin azalması ilə bağlı narahatlıqlar fonunda keçən ayın sonunda son üç ilin maksimumuma çatmışdı. Lakin ABŞ və Çin arasındakı ticari gərginliyin qlobal tələbata mənfi təsir etməsi səbəbindən neft yenidən ucuzlaşmağa başlayıb.

İqtisadçı-ekspert Vüqar Bayramov Oxu.Az-a bildirdi ki, ABŞ-da noyabrda keçiriləcək mid-term seçkilər öncəsi Donald Tramp administrasiyası anbarlarında olan nefti mərhələli şəkildə bazara çıxararaq “qara qızılın” qiymətinə təsir etməyə çalışır:

“Bloomberg” agentliyinin məlumatına görə, test olaraq beş milyon barelin, daha sonra 30 milyon barelin bazara çıxarılması müzakirə olunur. Hələlik konkret qərar qəbul edilməsə də, hətta daha böyük həcmdə satışların olması istisna olunmur.

Dünya bazarında Texas markalı neftin bir bareli 67 dollara, “Brent” markalı neft isə 71 dollaradək ucuzlaşıb. ABŞ anbarların qapağını açacağı halda isə neft bazarında daha ciddi azalmalar proqnozlaşdırılır.

Ağ Evdəki müzakirələr reallaşarsa, o zaman yeni neft şokunun yaşanması qaçılmaz olacaq”.

Ekspert bildirir ki, ticarət müharibəsi də Çində neftə olan tələbi azaldır. Belə ki, ötən ay gündəlik 8.36 milyon barel neft idxal edən Çində idxal əvvəlki ayla müqayisədə 9.0 faiz aşağı düşüb:

“May ayında Çinin idxalı 9.2 milyon barel olmuşdu. Bu, 2017-ci ilin iyun ilə müqayisədə aşağı göstəricidir. Bir il öncə Asiyanın iqtisadi nəhəngi gündəlik 8.8 milyon barel neft idxal etmişdi. Çində tətbiq edilən yeni vergi sistemi də sözügedən ölkənin idxalına təsir göstərməkdədir.

İkincisi, ABŞ-da neft hasilatı artmaqda davam edir. İyun ayında ABŞ gündəlik 10.8 milyon barel neft hasil edib ki, bu da 2005-ci ildən sonra ən yüksək göstərici hesab olunur. İyulun ilk həftəsində ABŞ-da gündəlik neft idxalı 1.67 milyon barel azalıb və eyni zamanda, ixrac 3 milyon barellik rekorda çatıb.

Üçüncüsü, Yaxın Şərq ölkələrində hasilatın yenidən artımı müşahidə edilir və bu da bazara təsir göstərməkdədir. Səudiyyə Ərəbistanı hasilatda rekordu təzələməkdədir.

Dördüncüsü, ötən həftə Ağ Ev İran məsələsində daha yumşaq mövqe nümayiş etdirdi. Belə ki, əvvəlki açıqlamalarında bu ilin noyabrınadək İranla neft ticarətini dayandırmayacaq bütün ölkələrə sanksiya tətbiq edəcəyini bəyan edən rəsmi Vaşinqton bu məsələdə istisnaların olacağını bildirdi.

Yəni İranla neft ticarəti edəcək heç də bütün ölkələrə sanksiyalar tətbiq olunmayacaq. Bu isə neft bazarındakı siyasi gərginliyi müəyyən qədər yumşaltdı. Bu arada, Rusiya İranın enerji sektoruna yaxın illərdə 50 milyard dollara yaxın sərmayə yönəltmək istədiyini bəyan edib. Tramp isə yenidən böyük hərflərlə “neftin qiymətinin aşağı salınmalıdır” “tweet”ini atıb.

Göründüyü kimi, neftin qiyməti müqayisəli şəkildə hazırda yüksək olsa da, stabil deyil. Əslində, siyasi müdaxilələr olmazsa, bazar tarazlığı hər barel üçün 60 dollar ətrafında bərqərar olmalıdır. Buna görə də iqtisadiyyatın diversifikasiyası və neftdən asılılığın aradan qaldırılması iqtisadi siyasətin əsas prioriteti olaraq qalmalıdır”. 

V.Bayramovun fikrincə, Azərbaycan mərhələli şəkildə ixracatda və eləcə də, büdcə gəlirlərinin formalaşmasında neftin payının azalmasına nail olmalıdır ki, xarici faktorlarının təsirlərini minimumlaşdırmaq mümkün olsun.

L.Ə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri