20 
İyl
2018
15:13
270
36
9229
Virtual karabakh

Azərbaycanlılar qonşu ölkəyə üz tutur

20 İyl, 2018
15:13
9229

Azərbaycanlılar qonşu ölkəyə üz tutur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyun ayında Türkiyədə ev alan xarici vətəndaşların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artaraq, 2 060 nəfər olub. 

Oxu.Az Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir ki, xaricilər daha çox İstanbuldan ev (764 ev) alıblar. 

İkinci sırada 525 ev satışı ilə Antalya yer alıb. Türkiyədən ev alanların arasında İraq vətəndaşları çoxluq təşkil ediblər. İraqlılar Türkiyədən 315 ev alıblar. İran vətəndaşları 228 ev, Rusiya vətəndaşları 169, Əfqanıstan vətəndaşları 139 ev, Səudiyyə Ərəbistanı vətəndaşları 110 evin alışını reallaşdırıblar. 

Azərbaycan vətəndaşları isə göstərilən müddətdə 82 mənzil satın alıblar. Hansı ki ötən ilin yeddi ayında bu rəqəm 46 mənzil təşkil edib. Ümumilikdə ilin əvvəlindən Azərbaycan vətəndaşları Türkiyədən  414 mənzil alıblar. 

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri