10 
Avq
2018
11:05
75
54
3191
Virtual karabakh

Azərbaycanda neft hasilatı azaldı

10 Avq, 2018
11:05
3191

Azərbaycanda neft hasilatı azaldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyulda Azərbaycanda gündəlik neft hasilatı 773 min barel olub.

Bu barədə Oxu.Az-a Energetika Nazirliyindən bildiriblər.

Məlumata görə, hasil olunan həcmin 728 min bareli xam neftin, 45 min bareli isə kondensatın payına düşüb.

İyulda Azərbaycandan gündəlik neft ixracı 591 min barel, kondensat ixracı 45 min barel, neft məhsulları ixracı isə 28,8 min barel təşkil edib.

Qeyd edək ki, iyunda ölkədə gündəlik neft hasilatı 792 min barel təşkil edib. May, aprel, mart, fevral və yanvar aylarında bu göstərici müvafiq olaraq, 801, 785,7, 794, 806 və 814,6 min barel olub.

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri