11 
Avq
2018
09:36
11
72
4923
Virtual karabakh

Ticarət tərəfdaşlarımızın son 10 günə olan valyuta məzənnələri

11 Avq, 2018
09:36
4923

Ticarət tərəfdaşlarımızın son 10 günə olan valyuta məzənnələri

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son 10 gündə Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutalarında sərt düşüş yaşanıb.

Oxu.Az “Bloomberg”ə istinadən xəbər verir ki, göstərilən dövrdə türk lirəsi 19, rus rublu 6 faiz ucuzlaşıb. 

Eləcə də, Qazaxıstan təngəsi 2,4, Gürcüstan larisi 0,8, Avropa Birliyinin vahid valyutası  2,3, Çin yuanı 0,4, Ukrayna qriveni 1,2, Hindistan rupisi 0,6 , Kanada dolları 0,8 faiz dəyərdən düşüb. 

Məlumat üçün bildirək ki, yanvar-iyul aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 24,79%-i), Türkiyə (7,98%), İsrail (7,55%), Hindistan (5,3%), Tayvan (4,74%), İndoneziya (4,3%) və Kanada (4,01%), əsas idxal əməliyyatlarını isə Rusiya (15,88%), Türkiyə (15,27%), Çin (10,15%), Almaniya (6,65%), ABŞ (4,89%) və Ukrayna (4,07%) ilə həyata keçirib.

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri