14 
Avq
2018
18:25
518
79
13581
Virtual karabakh

Qarpız ucuzlaşdı

14 Avq, 2018
18:25
13581

Qarpız ucuzlaşdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yayın qızmar günlərində bahalaşan qarpızın qiyməti düşüb.

Oxu.Az xəbər verir ki, hazırda pərakəndə ticarət şəbəkələrində qarpızın kiloqramı 0,40 manat təşkil edir.

Lakin qarpızın ucuzlaşması əhalini razı salmayıb. Belə ki, alıcılar məhsulun keyfiyyətinin aşağı olduğunu irəli sürürlər:

“Qarpızın dadı və şirinliyi yoxdur. Hazırda bazarda satılan yerli qarpız deyil. Yerli qarpızın forması və dadı başqa olur”. 

Satıcılarla söhbət zamanı öyrəndik ki, bazarda satışda olan qarpız respublikanın cənubundan və İrandan gətirilir:

“Məhsul, əsasən, Cəlilalabaddan və İrandan gətirilir. Düzdür, qarpızın şirinliyi Sabirabad qarpızı qədər deyil”. 

Satıcılar qeyd edir ki, ölkədəki tələbatı nəzərə alaraq, İrandan qarpız idxal edilib. 

Xatırladaq ki, cari ildə qarpız az əkildiyindən bazarda bu məhsulun qiyməti kiloqram üçün 1 manata qədər yüksəlmişdi. 

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri