18 
Avq
2018
09:45
21
185
6105
Virtual karabakh

“Moody's” və “S&P” Türkiyəyə xəbərdarlıq etdilər

18 Avq, 2018
09:45
6105

“Moody's” və “S&P” Türkiyəyə xəbərdarlıq etdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq kredit  agentliyi “Moody's” Türkiyənin kredit reytinqini “Ba2”dən “Ba3”ə endirib. Eləcə də reytinqin proqnozunu “sabit”dən “mənfi”yə dəyişib. 

Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, agentlik türk lirəsinin zəifləməsinin Mərkəzi Bankın müstəqil olmaması, maliyyə böhranının səbəblərini aydın və etibarlı şəkildə ortaya qoyan planının olmaması ilə sürətləndiyini qeyd edib.

Yüksələn xarici maliyyələşmə riski ilə bərabər maliyyə şərtlərinin sərtləşməsinin (faizlərin yüksəlməsinin və s.) və valyutanın zəifləməsinin inflyasiyanın yüksəlməsinə, iqtisadi inkişafın zəifləməsinə səbəb ola biləcəyini vurğulayıb. 

“S&P” də Türkiyənin qısamüddətli yerli və xarici valyutalardakı kredit reytinqini “BB-” dən “B +” yə endirib, reytinq proqnozunu “sabit” dəyərləndirib.

Agentlikdən qeyd olunub ki, yaxın zamanlarda hökümət uyğun və effektiv iqtisadi plan təqdim edərsə, kredit reytinqi balanslı olacaq.

Xatırladaq ki, “Moody's” mart ayında da Türkiyənin kredit reytinqini “Ba1”dən “Ba2”yə endirmişdi. Proqnozunu “mənfi”dən “sabit”ə dəyişmişdi.

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri