14 
Sen
2018
15:14
269
60
3961
Virtual karabakh

Ərdoğan: Dolların yüksəlişi valyutaya sui-qəsd cəhdi idi

14 Sen, 2018
15:14
3961

Ərdoğan: Dolların yüksəlişi valyutaya sui-qəsd cəhdi idi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Mərkəzi Bankının müstəqilliyinin nəticəsini görəcəyik.

Oxu.Az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mərkəzi Bankın faiz artımı qərarına münasibət bildirərkən deyib. 

O qeyd edib ki, valyutanın sabitləşəcəyini gözlədikləri halda, əks vəziyyətlə üzləşiblər:

“Dolların məzənnəsi məntiqlə izah edilməyəcək dərəcədə yüksəldi. İlin əvvəlində 3,8 lirə təşkil edən dollar aprel ayında 4 lirəyə, iyun ayında 4,6 lirəyə qədər bahalaşdı. Bura qədərini anladıq.

Dolların lirəyə nisbətdə məzənnəsinin avqust ayındakı yüksəlişi valyutaya sui-qəsd cəhdi idi.  ABŞ administrasiyası suveren hüquqlarımıza hörmətsiz davranır. Türkiyə qəbilə dövləti deyil, hüquqi dövlətdir”. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri