16 
Okt
2018
15:03
122
18
23794
Virtual karabakh

Dolların iflası proqnozlaşdırıldı

16 Okt, 2018
15:03
23794

Dolların iflası proqnozlaşdırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dollar avroya nisbətdə təxminən 40% ucuzlaşacaq.

Oxu.Az-ın “Bloomberg”ə istinadən xəbərinə görə, belə bir proqnozla “A.G. Bisset Associates” LLC-nin baş icraçı direktoru Ulf Lindal çıxış edib.

Məlumatda deyilir ki, 2024-cü ilə qədər dolların dayanıqlı valyuta kimi imici möhkəmlənəcək və bahalaşma tendensiyası davam edəcək. 

Ulf Lindalın proqnozuna əsasən, 1970-ci ildən bəri dolların 15 ildən bir düşmə tendensiyası təkrarlanır. Bu sxem bu dəfə də təkrarlanacaq. Onun fikrincə, ABŞ valyutası avroya nisbətdə 2 dollar və yuana münasibətdə 1 dollar ucuzlaşacaq. 

Qeyd edək ki, bu proqnoz “Bloomberg”in media analitikləri arasında keçirdiyi sorğu ilə üst-üstə düşür. 

Analitiklər hesab edir ki, 2022-ci ildə avro 1,28 dollara qədər bahalaşacaq. 

Lindalın hesablamalarına görə, kursun düşməsi səhmlərin kütləvi satışına və xammal halında olan məhsulların qiymətinə mənfi təsir edəcək. 

“Bazarın bir çox iştirakçıları dollardakı bu dəyişikliyin məntiqini başa düşmürlər və nəticədə, buna görə qarşıdakı ucuzlaşmanı “45 il ərzində ən riskli investisiya şəraiti adlandırmaq olar”, - deyə o, izah edib. 

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri