22 
Okt
2018
14:44
17
82
3988
Virtual karabakh

Azərbaycanın yeni kredit reytinqi təsdiqləndi

22 Okt, 2018
14:44
3988

Azərbaycanın yeni kredit reytinqi təsdiqləndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Reytinq Agentliyi (ERA) Azərbaycanın kredit reytinqini “ВВ+” səviyyəsində təsdiq edib, proqnoz “stabil”dir. Bu barədə agentliyin hesabatında deyilir.

Oxu.Az xəbər verir ki, agentliyin qiymətləndirmələrinə görə, 2018-ci ildə Azərbaycanda ÜDM 1,5%, 2019-cu ildə 2,1% artacaq.

Bununla da, nominal ÜDM müvafiq olaraq 44,1 mlrd. dollar və 47,441 mlrd. dollar səviyyəsində proqnozlaşdırılır. Bu proqnozlar 2018-2020-ci illərdə neftin 1 barelinin orta qiyməti 60-70 dollardan hesablanmaqla hazırlanıb.

2018-2019-cu illərdə ölkədə orta illik inflyasiya müvafiq olaraq 5,9% və 5,7%, tədiyyə balansının cari əməliyyatlar profisiti ÜDM-nin 5,7%-i və 5,4%-i səviyyəsində olacaq.

Agentliyin analitikləri hesab edirlər ki, qeyri-neft sektorunda artım, inflyasiyanın azalması, milli valyutanın məzənnəsinin sabitləşməsi Azərbaycan iqtisadiyyatının bərpasına müsbət təsir göstərir.

Bundan başqa, neftin qiyməti ilə bağlı əlverişli şərait də iqtisadi artıma müsbət təsir edir ki, bu da Azərbaycanın valyuta ehtiyatlarının artmasına gətirib-çıxarır. ERA-nın proqnozlarına görə, 2018-2019-cu illərdə Azərbaycanda ildə 39,8-40 mln. ton neft hasil olunacaq.

Agentlik ölkənin bank sektorunda vəziyyətin yaxşılaşması üçün potensialın mövcud olduğunu qeyd edir (2015-ci ildə manatın devalvasiyası və “Azərbaycan Beynəlxalq Bankı”nın borcunun yenidən strukturlaşdırılması bank sektoruna mənfi təsir etmişdi). ERA-nın qiymətləndirmələrinə görə, 2019-cu ildə bank sektorunun kapitallaşdırılmasının artması prosesi davam edəcək.

Eyni zamanda, agentliyin analitikləri ÜDM-nin artımını sürətləndirəcək iqtisadi islahatların həyata keçirilməsini vacib hesab edirlər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri