14 
Dek
2018
12:40
152
33
10481
Virtual karabakh

Bakı Limanı köçürülür

14 Dek, 2018
12:40
10481

Bakı Limanı köçürülür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının köçürülməsinə başlanılıb. 

Oxu.Az xəbər verir ki, hazırda limandakı kranların sökülməsi prosesi gedir. 

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat katibi Vəfa Səfərlinin sözlərinə görə, növbəti il əməliyyatların böyük bir hissəsi Ələtdə olacaq. 2019-cu ilin I rübündən bütün əməliyyatlar orada həyata keçiriləcək.

Bakı limanının mətbuat xidmətindən verilən məlumata görə, Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən yeni limanda müasir sərnişin terminalı tikmək planlaşdırılır.

Terminal ildə 150 min sərnişinə xidmət göstərəcək. Eyni zamanda, Bakı Limanında növbəti ildən elektron bilet satışı tətbiq olunacaq ki, sərnişinlər biletləri internet üzərindən və yaxud xüsusi proqram yükləməklə əldə edə biləcəklər.

Eyni zamanda, qeyd edək ki, 2018-ci ilin yanvar-noyabr ayları ərzində Bakı Limanında 3,9 milyon ton yük aşırılıb və ümumi yük dövriyyəsinin 52 faizi Türkmənistanın payına düşüb. Bu ilin may ayında qonşu ölkədə yeni Türkmənbaşı Limanının istifadəyə verilməsi və “Lapis Lazuli” beynəlxalq nəqliyyat dəhlizinin işə düşməsi ilə Türkmənistanla yük dövriyyəsinin artacağı gözlənilir.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri