17 
Dek
2018
14:00
18
99
3522
Virtual karabakh

Azərbaycandan çıxarılan kapitalın həcmi açıqlandı

17 Dek, 2018
14:00
3522

Azərbaycandan çıxarılan kapitalın həcmi açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 2 milyard 103 milyon dollar həcmində kapital xaricə çıxarılıb. 

Oxu.Az xəbər verir ki, bu, rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 16 milyon 800 min dollar çoxdur.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2017-ci ilin yanvar-sentyabr aylarında ölkədən çıxarılan kapitalın həcmi cəmi 2 milyard 86 milyon idi. 

Azərbaycandan kapital axını daha çox bu ilin ikinci rübündə qeydə alınıb: birinci rübdə 603,4 milyon dollar, ikinci rübdə 1 milyard 109,6 milyon, üçüncü rübdə 390,5 milyon dollar. 

Mərkəzi Bank qeyd edir ki, bu ilin doqquz ayında Azərbaycan vətəndaşları və burada daimi əsaslarla çalışanlar xarici kreditlərə 289,7 milyon dollar ödəniş ediblər.

İlhamə Abdullayeva
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri