14 
Yan
2019
15:22
81
353
23995
Virtual karabakh

Enerji içkiləri yenidən ucuzlaşdı - SƏBƏB

14 Yan, 2019
15:22
23995

Enerji içkiləri yenidən ucuzlaşdı - SƏBƏB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vergi qanunvericiliyinə edilən dəyişikliklərdən sonra spirtli içkilərlə birgə satış məntəqələrində  enerji içkilərinin də qiymətlərinin artması barədə məlumat vermişdik.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, aksiz vergisinin tətbiq edilməsi bir qədər ləngidiyinə görə, enerji içkilərinin qiyməti yenidən əvvəlki vəziyyətinə qaytarılıb.

Yanvarın 1-dən 1 manatdan 2 manata qalxan “Hell” bu gün yenə əvvəlki qiymətinə - 1 manata satılır.

“Bizon” adlı enerji içkiləri də hazırda köhnə qiymətlərlə satışdadır. Lakin bahalaşan digər enerji içkilərinin qiymətində dəyişiklik olmayıb. 

Xatırladaq ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə dəyişikliklər edib.

Qərara əsasən, Azərbaycana idxal olunan alkoqollu və alkoqolsuz enerji içkiləri, elektron siqaretlər üçün maye aksiz vergisinə cəlb edilir. Belə ki, dəyişikliyə əsasən, alkoqollu enerji içkilərinin hər litrinə 2 manat, alkoqolsuz enerji içkilərinin hər litrinə 3 manat, elektron siqaretlər üçün mayenin hər litrinə 20 manat aksiz vergisi tutulacaq.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri