26 
Fev
2019
11:08
10
162
2803
Virtual karabakh

Xocalı faciəsinin mənəvi və maddi zərbəsi

26 Fev, 2019
11:08
2803

Xocalı faciəsinin mənəvi və maddi zərbəsi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əlbəttə, hər bir ölkə üçün ən böyük və dəyərli sərmayə insan kapitalıdır. Azərbaycan məcburi cəlb edildiyi bu müharibədə xeyli sayda vətəndaşını itirib. Onların dəyərini hansısa rəqəmlərlə, göstəricilərlə əks etdirmək mümkün deyil.

Bu gün böyük kədərlə andığımız Xocalı isə əsrin faciəsi və qəddarlıq, soyqırımı olmaqla yanaşı, Azərbaycan dövlətinə, onun vətəndaşlarına, əmlakına edilən ən zorakı sui-qəsddir.

Azərbaycan Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin məlumatına görə, bu faciə nəticəsində 613 insan şəhid olub. 25 min nəfərə yaxını zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilib. Altı min nəfərə yaxın şəxs şahid qismində dindirilib, 18 236 nəfər mülki iddiaçı qismində tanınıb.

Qeyd edək ki, Xocalının sahəsi 0,94 min kv. km, əhalisi 24 min 417 nəfər olub. Mərkəzi Xocalı şəhəridir. Ağdam şəhərinin 18, Xankəndi şəhərinin 14 km-liyində, Qarabağ silsiləsində yerləşir.

Rayonun ərazisi, əsasən, dağlıqdır. Ən hündür yüksəkliyi Qızqala və Qırxqızdır (2843 m, 2827 m). Dağlıq ərazilər istisna olmaqla, iqlimi mülayim-istidir. Yüksək dağlıq əraziləri subalp və alp çəmənləridir. Əsas çayları Badara və Qarqardır. Dağ-meşə və dağ-çəmən torpaqları mövcuddur.

Ərazinin 40%-ə qədəri fıstıq, cökə, ağcaqayın, qaraağac və s. ilə zəngindir. Bir sözlə, ilk növbədə Xocalı kənd təsərrüfatı təyinatlı münbit torpaqları və emal sənayesi obyektləri ilə tanınırdı. 

Xocalıdakı soyqırımı nəticəsində bir şəhər, bir qəsəbə, səkkiz kənd, 2 min 495 yaşayış evi, 31 sənaye obyekti, 15 kənd təsərrüfatı obyekti, 20 təhsil, 14 səhiyyə müəssisəsi, 56 mədəniyyət, beş rabitə obyekti və s. dağıdılıb. Təkcə Xocalı aeroportu Qarabağın ən böyük ümid yeri idi.

Ümumilikdə Xocalı soyqırımı nəticəsində Azərbaycan vətəndaşlarına 170 milyon dollardan çox maddi zərər dəyib.

Hesablamalara görə, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində dəymiş maddi ziyanın həcmi 818 milyard 880 milyon ABŞ dolları təşkil edir. 

Amma bu ölçülə bilən maddi tərəfləridir. Yuxarıda qeyd etdiyimiz kimi, müharibə nəticəsində cinayətkar ermənilər azərbaycanlıların təkcə malını-mülkünü talan etmədi, həm də ən dəyərlisi olan insan kapitalına böyük zərbə vurdu. Onun psixoloji və mənəvi ziyanı isə hələ uzun müddət bərpa olunmayacaq.

Allah şəhidlərimizə rəhmət eləsin!  

İlhamə Abdullayeva 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri