19 
Mar
2019
16:54
95
38
4375
Virtual karabakh

Banklar gücləndirilmiş iş rejiminə keçir

19 Mar, 2019
16:54
4375

Banklar gücləndirilmiş iş rejiminə keçir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Novruz bayramı günlərində banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Ölkə əhalisinin və çoxsaylı turistlərin Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri ərzində bank xidmətlərindən rahat faydalanmasının təmin edilməsi məqsədilə 24 bankın 152 filial və şöbəsi gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) açıqlamasında bildirilir. 

Qeyd edik ki, beş bankın Sumqayıt, Xırdalan, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Quba, Bərdə, Naxçıvan və digər şəhərlərdə  yerləşən 46 filial və şöbəsi müştərilərə xidmət göstərəcək.

Bakıda yerləşən səkkiz bankın 13 filial və şöbəsi  24/7 rejimində fəaliyyət göstərəcək.  

Bundan əlavə, bayram günlərində Palatanın əməkdaşlarından ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı bir problemlə bağlı maliyyə xidmətləri istehlakçıları Palatada yaradılmış qaynar xəttə müraciət edə bilərlər:

Koordinator: Azər Quluyev 

Tel: 493-50-58 (dax:357);
Mob: +994 70 908 62 21  
Mail: [email protected]

20-26 mart tarixlərində çalışacaq bank filial və şöbələrinin siyahısı və ünvanları.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri