20 
Mar
2019
13:01
30
181
2612
Virtual karabakh

SOCAR Rumıniyaya yatırdığı investisiyanın məbləğini açıqladı

20 Mar, 2019
13:01
2612

SOCAR Rumıniyaya yatırdığı investisiyanın məbləğini açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniyadakı törəməsi “SOCAR Petroleum SA” şirkəti bu ölkəyə yatırdığı investisiyanın məbləğini açıqlayıb.

Report” yazır ki, Rumıniyada biznes fəaliyyətinə başladığı müddətdən bəri “SOCAR Petroleum SA” bu ölkənin iqtisadiyyatına, təqribən, 68 mln. avro investisiya yatırıb.

Şirkət ölkə üzrə 2011-2014-cü illərdə investisiya proqramlarını icra edib, 2015-ci ildən başlayaraq isə son illəri xalis mənfəətlə başa vurmaqdadır.

Qeyd edək ki, 2011-ci ildən etibarən SOCAR Rumıniyada törəmə şirkəti - “SOCAR Petroleum SA”nı təsis etməklə SOCAR brendi altında yanacaqdoldurma məntəqələri (YDM) vasitəsi ilə Rumıniya ərazisində neft məhsullarının topdan və pərakəndə satışına başlayıb. Rumıniyanın şimalında ilkin olaraq 12 yanacaqdoldurma məntəqəsi ilə bazara daxil olan şirkət hazırda ölkənin dörd bir tərəfini əhatə etməklə 19 regionda 42 YDM şəbəkəsinə malikdir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri