12 
Apr
2019
14:11
19
73
2943
Virtual karabakh

Azərbaycanın “razı qalmadığı” reytinqi yenə təsdiqləndi

12 Apr, 2019
14:11
2943

Azərbaycanın “razı qalmadığı” reytinqi yenə təsdiqləndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Moody's Investors Service” (“Moody's”) Azərbaycan hökumətinin uzunmüddətli emitent və təminatsız borc reytinqini təsdiq edib.

Oxu.Az xəbər verir ki, Azərbaycanın reytinqi “Sabit” proqnozla, “Ba2” səviyyəsində təsdiq edilib.

Bundan öncə də Azərbaycanın reytinqi “Ba2” səviyyəsində və “stabil” proqnozla təsdiq edilmişdi. Beləliklə, Agentlik Azərbaycanın reytinqini qaldırmayıb. 

“Moody's” qeyd edib ki, “Sabit” proqnozu saxlamaq qərarı balanslaşdırılmış riskləri əks etdirir.

Qeyd ki, Maliyyə Nazirliyi beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycana verilən reytinqlərdən razı deyildi. 

“Biz Azərbaycanın reytinqlərinin ətraflı təhlil etdik və hesab edirik ki, son dövr ərzində göxtəricilərimiz mühüm dərəcədə yaxşılaşıb. Görürük ki, reytinqlərimiz daha yüksək ola bilərdi”, deyə Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin direktor müavini Azər Mursaqulov vurğulamışdı.

Azərbaycanın maliyyə naziri Samir Şərifov isə hesab edir ki, Azərbaycanın reytinqi bir pillə qaldırılaraq, “BBB-”ə qədər yaxşılaşmalıdır.

“Hazırda hər üç aparıcı reytinq agentliyinin Azərbaycan üzrə kredit reytinqi “BB+” səviyyəsindədir, proqnoz “stabil”dir. Biz bu cür reytinq ilə razı deyilik. Hesab edirəm ki, milli valyutanın devalvasiyasından sonra (2015-ci ildə -İF) fəaliyyətimiz, bank sektorunun sağlamlaşdırılmasında əldə olunan irəliləyiş reytinq agentlikləri tərəfindən adekvat qiymətləndirilməyib”, - S.Şərifov bildirib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri