18 
Apr
2019
17:43
369
24
1756
Virtual karabakh

Çörəyə və una vergi güzəştinin vaxtı uzadıldı

18 Apr, 2019
17:43
1756

Çörəyə və una vergi güzəştinin vaxtı uzadıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Sənədi AZƏRTAC dərc edib.

Dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 164.1.27-ci maddəsində “3” rəqəmi “4” rəqəmi ilə əvəz edilib. Məcəllənin bu bəndi buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışını ehtiva edir və bu məhsullara tətbiq olunan vergi güzəştinin üç ildən dörd ilə qədər artırıldığını göstərir.

Qeyd edək ki, güzəşt 2017-ci ildən tətbiq edilirdi. Yəni vergidən azadetmə 2020-ci ili də əhatə edəcək.

Bundan başqa, məcəlləyə kəpəyin istehsalı və satışına dair bənd (164.1.43. “kəpəyin istehsalı və satışı - 2019-cu il martın 1-dən 2 il müddətinə) əlavə edilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri