22 
Apr
2019
10:09
16
78
3285
Virtual karabakh

Problemli kreditlərlə bağlı yaradılmış Apellyasiya Komissiyasının iş prinsipi açıqlandı

22 Apr, 2019
10:09
3285

Problemli kreditlərlə bağlı yaradılmış Apellyasiya Komissiyasının iş prinsipi açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məlum olduğu kimi, Prezident İlham Əliyev tərəfindən 28 fevral 2019-cu il tarixində təsdiq edilmiş “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmandan irəli gələn müraciətlərin araşdırılması məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasında Apellyasiya Komissiyası yaradılıb.

Bununla bağlı Palata bəyanat yayıb.

Bəyanatda qeyd edilir ki, fəaliyyətə başladığı dövrdən Apellyasiya Komissiyasına çoxsaylı müraciətlər daxil olmaqdadır:

“Bildiririk ki, daxil olan müraciətlərə  “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb olunduqda 30 iş günü müddətində baxılır.

Müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edilən hallarda isə bu müddət 30 iş günü uzadıla bilər”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri