İyn
2019
11:21
32
89
2456
Virtual karabakh

Nazir müavini: Səyyar vergi yoxlamaları dörd dəfə azalıb

4 İyn, 2019
11:21
2456

Nazir müavini: Səyyar vergi yoxlamaları dörd dəfə azalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən beş ayda Dövlət Sosial Müdafiə Fonduna bir milyarddan çox vəsait daxil olub.

Oxu.Az-ın məlumatına görə, bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” adlı konfransda çıxışı zamanı bildirib.

Nazir müavini qeyd edib ki, bu da proqnoz tapşırıqdan 130 milyon manat çoxdur:

“Proqnoz tapşırığına isə 114 faiz əməl olunub”.

Sahil Ələkbərov qeyd edib ki, 2018-ci ildə öncəki ilə nisbətən səyyar vergi yoxlamaları üç dəfə azaldılıb:

“Bu ilin beş ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə, daha dörd dəfə azalıb və bir milyon vergi ödəyicisi üçün cəmi 176 səyyar vergi yoxlaması qeydə alınıb”.

Nazir müavini deyib ki, fəaliyyətində ilkin nöqsan aşkar edilmiş sahibkara xəbərdarlıq edilir:

“Kiçik sahibkarlarda hələ də problemlər var. İlkin olaraq xəbərdarlıq edilmirsə, onlara qarşı heç bir sanksiya tətbiq edilə bilməz. Bəzi sahibkarlar var ki, onlar “Bulanıq suda balıq tutmaq daha asandır” prinsipi ilə çalışmağa davam edirlər. Bu isə digər şəffaf sahibkarların fəaliyyətinə ziyandır”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri