23 
İyl
2019
16:47
345
152
2369
Virtual karabakh

Avstriyada SOCAR-ın ilk YDM-i açıldı

23 İyl, 2019
16:47
2369

Avstriyada SOCAR-ın ilk YDM-i açıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstriyanın Qrats şəhərində SOCAR brendi ilə ilk yanacaqdoldurma məntəqəsi fəaliyyətə başlayıb.

Report”un xəbərinə görə, bu barədə SOCAR-ın İsveçrədəki törəmə şirkəti “SOCAR Energy Holdings” məlumat yayıb.

Bildirilib ki, Qrats-Eqqenberqdəki A1 yanacaqdoldurma məntəqəsi tamamilə SOCAR brendinə çevrilib:

“SOCAR Energy Holdings”in rəhbəri Edqar Baxmann bildirib ki, Avstriyada ilk yanacaqdoldurma məntəqəsinin açılması SOCAR üçün yeni bir mərhələdir:

“SOCAR 2012-ci ildə İsveçrə bazarına daxil olduqdan bəri bu ölkənin aparıcı enerji şirkətlərindən birinə çevrilib. Biz indi həmin təcrübəni Avstriyada istifadə etmək istəyirik”.

Bildirilib ki, iyulun sonunda daha bir yanacaqdoldurma məntəqəsi SOCAR brendi ilə fəaliyyət göstərəcək.

Xatırladaq ki, 2017-ci ilin dekabr ayında “SOCAR Energy Holdings” SC Avstriyanın pərakəndə yanacaq satışı bazarına daxil olaraq, A1 şirkətinə məxsus yanacaqdoldurma məntəqələrini (YDM) və neft yağlarının ticarəti sahəsində fəaliyyət göstərən “Pronto Oil” firmasını alıb.

Qeyd edilib ki, bir neçə il ərzində A1 loqosu tədricən SOCAR brendi ilə əvəzlənəcək. SOCAR Avstriyada ümumilikdə 82 yanacaqdoldurma məntəqəsinə sahib olub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri