20 
Avq
2019
14:01
50
256
3769
Virtual karabakh

Bakıda kirayə evlər ötən aydan bahalaşıb

20 Avq, 2019
14:01
3769

Bakıda kirayə evlər ötən aydan bahalaşıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyul ayında Bakıda kirayə verilən evlərin qiymətində 2,28 faiz artım olub.

Bunu Oxu.Az-a daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, avqustun sonlarından bu artımın daha da intensivləşəcəyi gözlənilir:

“Müşahidə edilən artım sentyabrın ortalarına kimi davam edəcək. Oktyabrın əvvəlindən isə bazarda sabitləşmə hökm sürəcək. Ümumiyyətlə, adətən, noyabrdan sonra kirayə evlərin qiymətlərində azalma müşahidə edilir”.

N.İbrahimov qeyd edib ki, ümumi olaraq avqust və sentyabrın birinci yarısında kirayə verilən evlərin qiymətində 6 və ya 7 faiz artım olacağı gözlənilir.

Ekspert onu da əlavə edib ki, sentyabrda gözlənilən artım daha çox tələbələrin üstünlük verdiyi orta və ucuz qiymətə kirayə verilən evlərdə olacaq.

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri