13 
Noy
2019
13:19
26
85
2656
Virtual karabakh

Gələn ilin büdcə layihəsi birinci oxunuşdan keçdi

13 Noy, 2019
13:19
2656

Gələn ilin büdcə layihəsi birinci oxunuşdan keçdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin bu gün keçirilən iclasında 2020-ci ilin dövlət büdcə layihəsi müzakirəyə çıxarılıb. 

Oxu.Az-ın məlumatına görə, layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib. 

2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon manat təşkil edəcək. Büdcənin xərcləri isə 26 milyard 914 milyon manat olacaq.

2020-ci ilin icmal büdcəsinin gəlirləri 27 mlrd. 533 mln. manat səviyyəsində proqnozlaşdırılır.

İcmal büdcə xərclərinin yuxarı həddi 29 mlrd 488 mln manat olacaq ki, bu da 2019-cu illə müqayisədə 2 mlrd. 117 mln. manat və ya 7,7% çoxdur.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri