25 
Fev
2020
11:35
22
65
1958
Virtual karabakh

Sahibkarlar arasında “Zavod” biznes-oyunu təşkil edilib - FOTO

25 Fev, 2020
11:35
1958

Sahibkarlar arasında “Zavod” biznes-oyunu təşkil edilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) kiçik və orta biznes (KOB) subyektlərinin biznesin idarə olunması sahəsində bilik və bacarıqlarının artırılması, sahibkar düşüncə tərzinin inkişaf etdirilməsi məqsədilə ilk dəfə olaraq yeni praktik təlim metodundan istifadə edib.

Belə ki, 2015-ci ildən etibarən Rusiyada keçirilən və indiyədək üç mindən çox sahibkar və menecerin yararlandığı “Zavod” komanda-biznes oyunu bu dəfə KOBİA-nın dəstəyi ilə Azərbaycan sahibkarları üçün təşkil olunub. 

Bu məqsədlə fevralın 24-də Bakı Olimpiya Stadionunda KOBİA-nın təşkilatçılığı, dövlət qurumlarının, sahibkar və menecerlərin, iqtisadiyyat və idarəetmə sahəsində təhsil alan tələbələrin iştirakı ilə tədbir keçirilib. 

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Rusiyanın “Opora Rossii” təşkilatının vitse-prezidenti Eduard Omarov biznes oyununun sahibkarlar üçün əhəmiyyəti barədə məlumat veriblər.

Qeyd edilib ki, praktik təlimlərin yeni formatı olan biznes oyun ilk dəfədir ki, Rusiyadan kənarda - Azərbaycanda təşkil olunub. “Zavod” biznes-oyununun məqsədi sahibkarlar arasında sahibkarlıq düşüncə tərzinin inkişaf etdirilməsi, biznes prosesləri barədə biliklərinin artırılması, komanda şəklində qərarların qəbulu və səmərəli danışıqların aparılması bacarıqlarının inkişaf etdirilməsidir. Biznes-oyun real sənaye müəssisəsinin iş prosesini simulyasiya edir.

Biznes-oyunun Bakı ilə yanaşı, ölkə regionlarında fəaliyyət göstərən sahibkarlar arasında da təşkili nəzərdə tutulur. 

Sonra iştirakçılara oyunun qaydaları barədə ətraflı məlumat verilib və 100-dən çox iştirakçıdan ibarət beş komanda yaradılıb. 80 biznes prosesi üzrə sənaye müəssisəsinin işinin praktik şəkildə simulyasiya edildiyi “Zavod” biznes-oyununun qalibləri mükafatlandırılıb.

Tədbir çərçivəsində Rusiyanın “Opora Rossii” təşkilatının viste-prezidenti Eduard Omarov tərəfindən iştirakçılar üçün biznesin qurulması və inkişafı mövzusunda master klass keçirilib. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri