25 
Mar
2020
11:35
75
40
2954
Virtual karabakh

Koronavirusla bağlı yaradılmış İşçi qrup: “İqtisadi aktivliyin azaldılması kimi məcburi addımlara gediləcək”

25 Mar, 2020
11:35
2954

Koronavirusla bağlı yaradılmış İşçi qrup: “İqtisadi aktivliyin azaldılması kimi məcburi addımlara gediləcək”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılmış İşçi Qrupun iclası keçirilib.

Videokonfrans formatında aparılan iclasda İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkədə iqtisadi artımın davam etməsi üçün bir sıra addımlar atılacağını bildirib.

Onun sözlərinə görə, ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərilməsi kompleks tədbirlər sistemini əhatə edəcək:

“Bu, iqtisadiyyatda likvidliyin təmin edilməsi, sahibkarlara vergi güzəştləri və tətillərinin verilməsi, dövlət kreditləşdirmə resurslarının əlçatanlığının asanlaşdırılması, maliyyə bazarlarının sabitliyinin qorunması, ünvanlı dövlət sifarişləri sisteminin tətbiqi və s. kimi istiqamətləri əhatə edəcək”.

İclasda qeyd olunub ki, dövlət ölkə vətəndaşlarının sağlamlığının qorunması, əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qısa müddətdə iqtisadiyyatın daralmasına səbəb ola biləcək iqtisadi aktivliyin azaldılması kimi məcburi addımlara gedəcək:

“Dövlət bu prosesi qarşılamağa hazırdır və yaranmış şəraiti, həmçinin, pandemiyanın yayılmasının qarşısının alınmasından sonra iqtisadiyyatın yeni bir inkişaf xətti olaraq görməkdədir. Daxili tələbatı ödəyən və xarici idxalı əvəzləyən istehsal və emal sahələrinin, bu istiqamətlərdə yeni istehsalın qurulması təşviq ediləcək”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri