İyn
2020
15:32
50
152
1695
Virtual karabakh

Gömrük Komitəsi bayram günlərində büdcəyə 30 milyon manat pul köçürüb

2 İyn, 2020
15:32
1695

Gömrük Komitəsi bayram günlərində büdcəyə 30 milyon manat pul köçürüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dövlət Gömrük Komitəsi may ayında bayram günləri müddətində Hökumət Ödəniş Portalı üzərindən dövlət büdcəsinə 30 milyon manat pul köçürüb”. 

Oxu.Az xəbər verir ki, bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov deyib. 

O bildirib ki, 2020-ci ilin mayı ən gərgin aylardan biri olub: 

“Bilirsiniz ki, may ayında 10 gündən artıq qeyri-iş günü olub. Gömrük Komitəsinin əməkdaşları isə növbəlilik əsasında işə cəlb edilib. Xarici iqtisadi fəaliyyət iştirakçıları ilə bağlı problem olmayıb”, - deyə M.Vahabov əlavə edib. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri