16 
Sen
2020
10:50
129
16
989
Virtual karabakh

Oğuzda üç tondan artıq narkotik vasitə məhv edilib

16 Sen, 2020
10:50
989

Oğuzda üç tondan artıq narkotik vasitə məhv edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş tədbirlər nəticəsində rayonun Calut kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ümumi çəkisi üç tondan artıq olan 2550 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri