22 
Okt
2020
09:28
230
19
1429
Virtual karabakh

DOST könüllüləri üçün “Rəqəmsal ödənişlər” mövzusunda təlim keçirilib

22 Okt, 2020
09:28
1429

DOST könüllüləri üçün “Rəqəmsal ödənişlər” mövzusunda təlim keçirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində (DOST) çalışan könüllülər üçün “Rəqəmsal ödənişlər” mövzusunda təlim keçirilib.

Mərkəzi Bankdan verilən məlumata əsasən, təlim eyni zamanda BMT-nin Əhali Fondu və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” birgə layihəsi çərçivəsində həyata keçirilib.

Rəqəmsal ödənişlərə dair nəzəri və praktiki məlumat və bacarıqları əldə etmiş könüllülər DOST Agentliyinə müraciət edəcək ahıl və yaşlı vətəndaşların bu istiqamətdə maarifləndirilməsinə kömək edəcək.

Mərkəzi Bankın əməkdaşları tərəfindən keçirilmiş təlimdə milli ödəniş sistemləri, ödəniş kartları və kartlarla əməliyyatlar, nağdsız ödənişlərin üstünlükləri, ödəniş kartları ilə fırıldaqçılıq halları, ani ödənişlər sistemi, elektron bankçılıq kimi mövzular ətrafında müzakirələr aparılıb, praktiki misallarla mövzular izah edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri