30 
Noy
2020
12:55
156
20
3192
Virtual karabakh

İpoteka və Kredit Zəmanət Fondunun bazasına yeni mənzillər əlavə olunacaq - RƏSMİ

30 Noy, 2020
12:55
3192

İpoteka və Kredit Zəmanət Fondunun bazasına yeni mənzillər əlavə olunacaq - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) bazasına yeni mənzillər əlavə olunacaq. 

Bu barədə İKZF-nin satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi haqqında onlayn treyninqdə məlumat verilib.   

Bildirilib ki, hazırda Fondun bazasında 983 mənzil var və yaxın günlərdə yeni mənzillərin də bazaya əlavə edilməsi gözlənilir. 

Əlavə olunub ki, xüsusilə də, 9-cu mikrorayonda və Babək prospektində yerləşən mənzillərin bazaya əlavə edilməsi gözlənilir. Babək prospektində mənzil satışı 1350 manat, 9-cu mikrorayonda yerləşən mənzillərin satışı isə 1380 manatdan həyata keçiriləcək. 

Qeyd edək ki, yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmindən yararlanmaq istəyən vətəndaşlar “Asan İmza” əldə etməklə e-gov.az saytı üzərindən elektron qaydada müraciət edə bilərlər.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri