Dek
2020
13:57
152
11
1636
Virtual karabakh

Dövlət Neft Fondu AÇG və Şahdəniz üzrə gəlirlərini açıqlayıb

2 Dek, 2020
13:57
1636

Dövlət Neft Fondu AÇG və Şahdəniz üzrə gəlirlərini açıqlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Dövlət Neft Fondu 2020-ci ilin yanvar-noyabr ayları ərzində Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə ümumi 3 milyard 612 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Dövlət Neft Fondundan Oxu.Az-a verilən məlumata əsasən, fond ilk 11 ay ərzində Azəri-Çıraq-Günəşli yatağından 3 milyard 336 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Həmçinin, 2020-ci ilin yanvar-noyabr ayları ərzində Şahdəniz qaz və kondensat yatağından əldə edilən gəlirin həcmi 276 milyon ABŞ dolları olub.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlir 205 milyon ABŞ dollarını təşkil edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri