18 
Yan
2021
17:36
169
23
2625
Virtual karabakh

2020-ci ildə Azərbaycana ən çox hansı ölkənin vətəndaşları səfər edib?

2020-ci ildə Azərbaycana dünyanın 155 ölkəsindən 795 700 əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2019-cu illə müqayisədə ölkəyə dörd dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

2020-ci ildə ölkəmizə gələnlərin 28,3 faizi Rusiya, 23,2 faizi Gürcüstan, 20,2 faizi Türkiyə, 9,1 faizi İran, 2,1 faizi Ukrayna, 1,6 faizi Hindistan, 1,5 faizi Səudiyyə Ərəbistanı, 1,1 faizi Qazaxıstan, hər birindən 1 faiz olmaqla Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və Türkmənistan, hər birindən 0,9 faiz olmaqla Küveyt və Böyük Britaniya, 0,8 faizi Belarus, hər birindən 0,7 faiz olmaqla Özbəkistan və İraq, 0,5 faizi İsrail, hər birindən 0,4 faiz olmaqla Almaniya və İtaliya, 4,5 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.

Gələnlərin 81,1 faizini kişilər, 18,9 faizini qadınlar təşkil edib.

2020-ci il ərzində Çindən gələnlərin sayı 16,7 dəfə, Cənubi Koreyadan 13,8 dəfə, İsraildən 11,1 dəfə, Yaponiyadan 10,2 dəfə, Polşadan 10 dəfə, İraqdan 9,8 dəfə, Səudiyyə Ərəbistanından  9 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 8,6 dəfə, Macarıstandan 8,3 dəfə, Omandan 7,5 dəfə, Kanadadan 7,4 dəfə, ABŞ-dan­ 7,2 dəfə, Qətərdən 6,7 dəfə, Türkmənistandan 6,3 dəfə, Fransadan 6 dəfə, Almaniyadan 5,8 dəfə, Qazaxıstandan 5,6 dəfə, Niderlanddan 5,3 dəfə, Böyük Britaniyadan 5,2 dəfə, Misirdən 5,1 dəfə azalıb.   

Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,9 dəfə azalaraq, 23 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı beş dəfə azalaraq, 110,7 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,2 dəfə azalaraq, 273,4 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 70 faizi dəmir yolu və avtomobil, 27,6 faizi hava, 2,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.         

Qeyd edilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması 2020-ci ilin aprel-dekabr aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olub və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri