17 
Fev
2021
18:10
231
35
9310
Virtual karabakh

“Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsinin qalibləri bəlli oldu - FOTO

17 Fev, 2021
18:10
9310

“Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsinin qalibləri bəlli oldu - FOTO

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Heydər Əliyev Mərkəzinin təsis etdiyi dizayn müsabiqəsi sona çatıb.

QSC-dən verilən məlumata əsasən, “Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Qurumun idarə heyəti sədrinin müavini Xəyyam Fərzəliyev dizayn müsabiqəsinin kifayət qədər maraqla qarşılandığını, müsabiqəyə ümumilikdə 887 layihənin təqdim olunduğunu bildirib.

Qeyd edilib ki, qaliblər ölkənin tanınmış mütəxəssisləri, dizayner və rəssamlarından ibarət münsiflər heyəti tərəfindən növbəti mərhələyə vəsiqə qazanmış 195 layihə arasından estetik görünüş, konseptual mövzu, unikallıq və tətbiqə yararlılıq meyarları əsasında seçilib.

Müsabiqənin münsiflər heyətinin yekun qərarı ilə “Daş izlər” adlı dizayn layihəsinin müəllifi Əli Əmirov 1-ci, “Laləzar körpüsü” adlı dizayn nümunəsinin müəllifi Emin Aslanov 2-ci və “Qarabağ - Həyat ağacı” dizayn nümunəsinin müəllifi Elnarə Dadaşzadə 3-cü yerin qalibi seçilib.

Müsabiqənin sonuncu mərhələsində, onlayn səsvermə yolu ilə ən çox - 1 528 səs toplamış Nərmin Rüstəmlinin “Şuşa Qarabağın incisidir” layihəsi isə “İzləyici rəğbəti” nominasiyasının qalibi olub.

Mükafatlandırma mərasimində 1-ci yerin qalibinə 3 000 manat, 2-ci yerin qalibinə 2000 manat, 3-cü yer və nominasiyanın qalibinə isə ayrı-ayrılıqda 1000 manat məbləğində pul mükafatı və diplomlar təqdim olunub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri