25 
Fev
2021
12:33
9
103
1782
Virtual karabakh

Problemli kreditlərin həcmi açıqlandı

2021-ci ilin yanvar ayına olan göstəricilərə əsasən bank sektorunda vaxtı keçmiş kreditlərin həcmi 900,4 milyon manat təşkil edib.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, vaxtı keçmiş kreditlər banklar tərəfindən verilmiş bütün kreditlərin 6,2 faizini təşkil edir.

Belə ki, ümumilikdə Azərbaycanda kredit portfelinin həcmi 2020-ci ilin yanvar ayı ilə müqayisədə altı faizə qədər azalıb və 14 milyard 587,2 milyon manat təşkil edib.

Kreditlərin 2 milyard 789,4 milyon manatı dövlət bankları tərəfindən təmin edilib ki, bu da ötən dövr ilə müqayisədə dövlət banklarının 10,1 faiz daha çox kredit verməsi deməkdir. Özəl banklar tərəfindən isə 11 milyard 424,4 milyon manat həcmində kredit verilib ki, əvvəlki ilin yanvar ayı ilə müqayisədə bu, 9,2 faiz azdır. Digər kreditlər isə bank olmayan kredit təşkilatları tərəfindən təmin edilib.

2021-ci il yanvar ayının göstəricilərinə əsasən, kreditlərin 10 milyard 299,5 min manatı milli valyuta, 4 milyard 287,7 milyon manatı xarici valyuta ilə verilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri