27 
Fev
2021
11:28
13
171
1532
Virtual karabakh

Yanvar ayında banklar nə qədər gəlir əldə edib?

27 Fev, 2021
11:28
1532

Yanvar ayında banklar nə qədər gəlir əldə edib?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin yanvar ayında Azərbaycanda bank sektorunun mənfəət və zərərləri barədə məlumat verilib.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, bank sektoru ötən ay ərzində 25,4 milyon manat xalis gəlir əldə edib. Bu dövr ərzində bank sektoru mənfəətdən 9 milyon manat vergi ödəyib.

Ay ərzində Azərbaycanda bank sektoru faiz və gəlirlərin bu qəbildən olan növlərindən ümumilikdə 163,1 milyon manat vəsait cəlb edib. O cümlədən kreditlər üzrə faizlərdən 129,7 milyon manat gəlir əldə edilib. Bankların xalis faiz gəlirlərinin həcmi isə 113,1 milyon manat təşkil edib.

Həmçinin, sektorun faiz və onlara bağlı xərclərinin həcmi 43,4 milyon manat, qeyri-faiz gəlirlərinin həcmi 49,6 milyon manat, qeyri-faiz xərclərinin həcmi isə 91,5 milyon manatı təşkil edib.

Banklar bu dövrdə 71,2 milyon manat dəyərində əməliyyat mənfəəti əldə edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri