Mar
2021
13:30
16
170
910
Virtual karabakh

İqtisadiyyatda canlanma qlobal karbon tullantılarını yenidən artırdı

Qlobal tullantılar keçən il 2 milyard ton azalıb.

“Anadolu” agentliyi bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) 2020-ci il emissiya məlumatlarına dair açıqlamasına istinadən məlumat yayır.

Emissiyalardakı ümumi azalmanın 1,1 milyard tondan çoxu neft istehlakının azalması sayəsində mümkün olub. Bu da çatdırma və hava yolu xidmətlərinin azalması ilə əlaqələndirilir.

Elektrik sektorunun yaratdığı tullantılar keçən il 450 milyon ton azalıb.

Beləliklə, keçən il COVID-19 epidemiyasının yayılmasının qarşısını almaq üçün görülən tədbirlər nəticəsində iqtisadi fəaliyyətin geriləməsi qlobal emissiyaların 5,8 faiz azalması ilə nəticələnib. Bu, İkinci Dünya Müharibəsindən bəri ən böyük tullantı azalmasıdır.

Buna baxmayaraq, ilin sonunda iqtisadi canlanmanın başlaması ilə emissiyalar yenidən artıb. Qlobal tullantılar keçən ilin dekabr ayında 2019-cu ilin eyni ayına nisbətən 2 faiz (60 milyon ton) artıb. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri