May
2021
14:30
232
12
2339
Virtual karabakh

Azərbaycanda taxıl biçininə hazırlıq prosesi başladı - FOTO

8 May, 2021
14:30
2339

Azərbaycanda taxıl biçininə hazırlıq prosesi başladı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

May ayının sonundan etibarən Azərbaycanda taxıl biçininə başlanılacaq.

Kənd Təsərrüfatı Nazirliyindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, bununla əlaqədar biçinə hazırlıq işlərinin əsas mərhələsinə start verilib.

Hazırda biçinə cəlb ediləcək kombaynlar üzərində sazlama işləri aparılır. Bütün rayonlar üzrə mövcud kombaynlara texniki baxış keçirilir, nasaz vəziyyətdə olan texnikalarda təmir işləri həyata keçirilir.

Qeyd edilib ki, taxıl biçininə hazırlıqların ilkin mərhələsində cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi məqsədilə kombaynları idarə edəcək mexanizatorlara ödənişsiz təlimlər keçirilib. Müxtəlif markalı kombaynlar üzrə ümumilikdə 263 mexanizator təlimlərdə iştirak edib. Təlimlərdə yüksək nəticə əldə edən mexanizatorlar sertifikat ilə təmin ediliblər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri